12px13px15px17px
Tarix:11/04/14

“Mənim yolum İT mütəxəssisliyidir” layihəsi çərçivəsində təlimlərə start verilib

Aprelin 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkir rayonunda həyata keçirilən "Mənim yolum İT mütəxəssisliyidir" layihəsinin təlimləri başlayıb. Fonddan verilən məlumata görə, ilk təlim Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbində keçirilib. Layihə rəhbəri Səbinə Ələsgərova gənclərə layihənin əsas məqsədi haqqında məlumat verib, region gəncləri arasında İKT sahəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, bu yöndə təlimlərin aktuallığından danışıb.
 
Təlimçi, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin İT mütəxəssisi Qayvalı Rüstəmov isə iştirakçılara informasiya texnologiyaları nədir, gələcəkdə bu sahəni seçmələrinin öz gələcək karyeraları üçün üstünlükləri barədə ətraflı məlumat, kompüter haqqında ümumi biliklər verib.
 
CAHANGİR
 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024