12px13px15px17px
Tarix:12/04/14

“Symantec”: “Kiberhücumlar getdikcə kütləviləşir”

Kibercinayətkarlar kiçik, sürətli və azgəlirli hücumlardan imtina edərək genişmiqyaslı aksiyalara diqqətlə hazırlaşmağa üstünlük verirlər. Bu barədə “Symantec” şirkətinin “Internet Security Threat Report (ISTR) 2014” hesabatında deyilir.  

Aparılmış araşdırmanın nəticələrindən məlum olub ki, 2013-cü ilin yanvar-oktyabrında kiberhücumlar sahəsində müəyyən sakitlik müşahidə olunub, lakin cari ilin son ayları ərzində miqyasları mütəxəssisləri ciddi narahat etmiş bir sıra əhəmiyyətli hücumlar həyata keçirilib.
2013-cü ilin yekunlarına görə, informasiya sızması hallarının sayı 62 faiz - 253-dək, istifadəçilərin oğurlanan akkaunt məlumatlarının sayı 552 milyona çatıb, halbuki bir il əvvəl həyata keçirilmiş 156 uğurlu kiberhücum 93 milyon akkaunt məlumatının oğurlanmasına gətirib çıxarıb.


Bundan başqa, 2012-ci ildə hakerlərə 10 milyondan çox akkaunt məlumatını əldə etməyə imkan verən yalnız bir hücum qeydə alınıb, hərçənd 2013-cü ildə belə hücumların sayı səkkiz olub.


Orta hesabla hər məlumat sızması cinayətkarlara 2 milyon istifadəçi məlumatlarını əldə etməyə imkan verib.


Mütəxəssislər qeyd ediblər ki, kibercinayətkarların əməlləri getdikcə daha çox konkret məqsəd daşıyır: 2013-cü ildə məqsədli hücumların sayı 91 faiz, onların davametmə müddəti təxminən üç dəfə artıb. Hücumların obyekti daha çox şirkət rəhbərləri və ya ictimaiyyətlə əlaqələrə məsul olan işçilər olub.


Ekspertlər ən çox məlumat sızması hallarını səhiyyə sahəsində (44 faiz) qeydə alıblar. Təhsil və dövlət sektorunda məlumat sızmasının payı 58 faiz təşkil edib.

Ümumilikdə kiberhücumlar daha çox ABŞ (20,3 faiz), Çin (9,4 faiz), Hindistan (5,1 faiz) , Niderland (3,5 faiz), Almaniya (3,3 faiz) və Rusiyada (2,6 faiz) qeydə alınıb, - "Interfax www.interfax.ru” yazır.  





Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024