12px13px15px17px
Tarix:14/04/14

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

Azərbaycan Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sənəd hüquqi və ya fiziki şəxslərin mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellular) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumatın alınmasını nəzərdə tutur.
 
Bununla yanaşı,  şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də  yazılı müraciət etmə üsulları ilə aparılır. Elektron müraciət etmə üsulu “Elektron hökumət” portalına  daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumtların daxil edilməsi yolu ilə yerinə yetirilir.
 
Yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
 
Sənədə əsasən, əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda “IMEI” nömrəsi qara səhifəyə   daxil edilməzdən əvvəl, həmin “IMEI” nömrəli mobil telefon cihazı ilə  istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxındakı polisə könüllü sürətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndərilir.
 
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması da 3 iş günündən 2 iş gününə endirilib.

Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesajla məlumat veriləcək. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatların qeydiyyat mərkəzi tərəfindən araşdırılması üçün müəyyənləşmiş 3 iş günü 2 iş gününə endirilib.

 Bu məlumatlar 2 iş günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən “IMEI” nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş “IMEI” nömrələri dərhal ağ səhifəyə daxil ediləcək və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat veriləcək.


Aynur Vəliyeva
 



Baxış sayı: 1516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti 

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.