12px13px15px17px
Tarix:14/04/14

Azərbaycanla İsrail arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək

Aprelin 30-da İsrailin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, səfər proqramının ilkin versiyasına görə,  İsrail rəsmiləri Azərbaycanla kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
 
Qeyd edək ki, bu, A. Libermanın Azərbaycana ilk səfəri deyil və ötən səfərlər nəticəsində ölkələr arasında əməkdaşlığın inkişafına böyük təkan verdiyi müşahidə olunub.
 
Aynur Vəliyeva



Baxış sayı: 532

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024