12px13px15px17px
Tarix:14/04/14

“Twitter” istifadəçilərinin 50%-i öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar

“Topcharts” analitikləri bu yaxınlarda populyar “Twitter” mikrobloqlar xidmətinin auditoriyasının təhlilini aparıb. Onların qiymətləndirməsinə görə, xidmətin istifadəçilərinin təxminən yarısı (44%-i) öz mikrobloqlarında heç vaxt tvit yazmayıblar, onlar yalnız başqa mikrobloqları oxuyurlar.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, bundan başqa, “Twitter” istifadəçilərinin daha 30%-i öz mikrobloqlarında ən çoxu 10 tvit yazıblar, 100 və daha çox tvit yazan  insanların sayı 13%-i ötmür.
 
Xatırladaq ki, son statistik məlumatlara əsasən, “Twitter” mikrobloqlar xidmətində 974 milyon hesab qeydiyyatdan keçib və onların 542,1
milyonu aktiv sayılır.

Emil Hüseynov



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024