12px13px15px17px
Tarix:14/04/14

Şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi aprelin 30-da sona çatır

"Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrinin qəbulu yalnız “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatlar əsasında təsdiq edilir:
 
 
“Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər. Xatırladırıq ki, 2013/2014-cü tədris ili təqvim planına əsasən, şagirdlər haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi 30 aprel 2014-cü il tarixdə sona çatır”.
 
 
Qeyd edək ki, “Şagird-məzun” sistemi üzrə 14 aprel 2014-cü il tarixə olan statistik məlumata əsasən, şagirdlərin ümumtəhsil müəssisələri tərəfindən təqdim edilmiş sayı 203905-dir. Məlumatları daxil edilmiş şagirdlərin sayı 185578, o cümlədən 91.01 faiz, məlumatları təsdiq edilmiş şagirdlərin sayı isə 177355 olmaqla  86.98 faiz təşkil edir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024