12px13px15px17px
Tarix:15/04/14

Proqramçıların əksəriyyəti milyonçu olmağı planlaşdırır

“Chef” şirkətinin minlərlə proqram təminatı tərtibatçısı arasında keçirdiyi sorğunun nəticəsi maraq doğurub. Belə ki, respondentlərin 69%-i əmindir ki, kadrlar ixtisara düşdükdə onlar üçün problem yaranmayacaq. Rəyi soruşulmuş proqramçıların 56%-i isə əmindir ki, onlar gələcəkdə milyonçu olacaqlar.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, proqramçıların 90%-dən çoxu özünü şirkətin ən dəyərli əməkdaşı adlandırıb və hər bir mütəxəssis indiki iş yerində orta hesabla təxminən 9 il işləmək niyyətindədir. Həmçinin məlum olub ki, proqramçılar arasında işdən məmnunluq səviyyəsi (82%) olduqca yüksəkdir.
 
Araşdırma aparmış şirkətin direktoru Barri Krist nəticədən razı qalıb. "Hazırda proqram təminatı tərtibatçıları tədricən böyük gücə çevrilirlər" – Krist deyib.
 
Emil Hüseynov



Baxış sayı: 1288

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024