12px13px15px17px
Tarix:15/04/14

Statistik hesabatların təqdimatında offlayn texnologiyadan onlayn rejimə keçirilib

Statistik hesabatların elektron təqdimatının ilk dövrlərində offlayn texnologiya tətbiq olunub. Statistik vahidlər hesabatların təqdim olunması üçün müvafiq proqram təminatını öz kompüterlərinə yükləməklə məlumatları daxil edib və elektron poçt vasitəsilə yerli statistika orqanlarına göndərmişlər.

Lakin bu texnologiyanın mənfi cəhəti ondan ibarət idi ki, istifadəçi hər bir hesabat forması üçün nəzərdə tutulmuş proqramları kompüterinə yükləmək məcburiyyətində qalırdı. Kompüteri olmayan statistik vahidlər isə digər yerdən (internet-klubdan və s.) məlumatların təqdim olunmasında çətinlik çəkirdilər. Qeyd olunmuş məsələnin həlli məqsədilə yeni veb-texnologiyalar öyrənilərək, bütün statistik hesabatların onlayn rejimində qəbulu üçün müvafiq tədbirlər həyata keçirilib, proqram təminatları hazırlanıb və tətbiq olunub.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin "Elektron statistikanın və vahid informasiya sisteminin inkişafı istiqamətləri" məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd olunur ki, nəticədə, bütün müəssisə və təşkilatlar kompüterə heç bir əlavə proqram yükləmədən, istənilən yerdən və vasitədən istifadə etməklə öz məlumatlarını birbaşa komitənin serverinə, məlumat bazasına daxil etmək imkanı əldə edib.

Eyni zamanda bu xidmət növü "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq elektron xidmətlərin siyahısına daxil edilib, müvafiq inzibati reqlamentlər hazırlanaraq qeydiyyatdan keçirilib. Xidmət növünün tətbiqinin daha da genişləndirilməsi üçün komitənin internet səhifəsində elektron xidmətlər və hesabatların elektron təqdimatı bölməsi yaradılıb, bu bölmədə statistikanın bütün sahələri üzrə hesabat formaları və onların tərtibinə, həmçinin proqramın istismarına dair təlimat da yerləşdirilib.
 
CAHANGİR



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024