12px13px15px17px
Tarix:15/04/14

“Samsung” daşınan cihazlar üçün bükük batareyalar nümayiş etdirib

Cənubi Koreya korporasiyasının enerji toplama elementləri istehsal edən “Samsung SDI” bölməsi daşınan elektronika üçün bükük batareyalar nümayiş etdirib.
 
Qeyd edək ki, bükük akkumulyatorlar, həmçinin “LG” şirkəti tərəfindən  buraxılır; “G Flex” smartfonlarında tətbiq edilir. “Samsung” şirkətinin iddiasına əsasən, onun məhsulu rəqibləri ilə müqayisədə daha uzunmüddətli iş təmin edir.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung”un yeni akkumulyatorlarının tutumu 210 milliamper/saatdır, “Gear Fit” fitness qolbaqlarında istifadə olunur.
 
İstehsalçının sözlərinə görə, bu akkumulyatorlarda avtonom iş vaxtı əvvəlki nəsil batareyalarla müqayisədə 5 dəfə daha çoxdur. Nəticədə “Gear Fit” fitnes qolbaqları istifadə rejimindən asılı olaraq 3-5 gün müddətində avtonom işləyə bilər.
 
2018-ci ildə daşınan elektronikaya tələbat təxminən 10 dəfə artaraq 487 milyona çatacaq, “Samsung SDI” bölməsi “ABI Research” şirkətinin analitiklərinin məlumatlarına istinad edib.
 
Emil Hüseynov
 



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024