12px13px15px17px
Tarix:16/04/14

Azərbaycanın Milli Arxiv Fondunun elektron fond kataloqu yaradılıb

Milli Arxiv Fondunun elektron fond kataloqunun yaradılması işi başa çatdırılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Milli Arxiv İdarəsində “Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatlarının 2013-cü ildə fəaliyyəti və 2014-cü ildə qarşıda duran vəzifələri”nin müzakirəsinə həsr olunmuş kollegiya iclasında idarənin rəis müavini Əsgər Rəsulov səsləndirib.
 
Onun sözlərinə görə,  dövlət arxivlərində və DA filiallarında mühafizə olunan 10000-ə yaxın fond barədə məlumat elektron daşıyıcılara köçürülüb və idarənin veb-saytında yaradılmış “Elektron fond kataloqu” bölməsində yerləşdirilib. Bununla da həm elm ictimaiyyətinə, həm də geniş istifadəçi kütləsinə Milli Arxiv Fondunun tərkibi və həcmi barədə informasiya almaq imkanı yaradılıb.
 
Ə.Rəsulov, həmçinin qeyd edib ki, cari ildə elektron fond kataloquna daxil edilmiş fondların məzmunu barədə informasiyanın genişləndirilməsi məqsədilə hər bir fondun siyahıları üzrə məlumatların elektronlaşdırılması və məlumat bazasına daxil edilməsi nəzərdə tutulub ki, hazırda bu iş artıq icra olunmaqdadır.
 
CAHANGİR
 



Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024