12px13px15px17px
Tarix:16/04/14

“Toshiba” 4K formatlı noutbuk istehsal edəcək

Aprelin 22-də ABŞ-da “Toshiba” şirkətinin 3840x2160 piksel təsvir ölçülü 15,6 düymlük  ekranla təchiz edilmiş yeni noutbuku satışa çıxarılacaq. Qurğu fotoqraf, dizayner və videomontajçılar üçün nəzərdə tutulub.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Satellite p55t” noutbukunun ekranı “IPS” texnologiyası üzrə hazırlanıb, displeyin hər bir düymünə 282 piksel düşür. Noutbuku satın aldqda “Adobe Lightroom” fotoredaktoru üçün ödənişsiz lisenziya təklif edilir. Qurğunun qiyməti 1500 dollardan başlayacaq.
 
Aparatın texniki içliyi güclüdür: “Haswell” arxitekturalı dördnüvəli “Intel” prosessoru, 16 QB əməli yaddaş var, 4 “USB 3.0” portu, 4K formatlı ekranları dəstəkləyən “HDMI” portu, “BlueRay” daxili diskoxuducusu var. Məlumatların saxlanılması üçün 1 TB tutumunda mexaniki sərt disk quraşdırılıb.
 
Peşəkar fotoqrafları cəlb etmək üçün hər bir ekran fabrikdə kalibrlənəcək və “Technicolor” standartı üzrə təsdiqlənəcək.
 
Emil Hüseynov
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024