12px13px15px17px
Tarix:16/04/14

Stiv Cobsdan SİTATLAR

“ICTnews” saytı “Apple” şirkətinin əvəzsiz lideri Stiv Cobsun ən yaxşı sitatlarını təqdim edir:
 
  • Nəyi əldə edib nəyi itirəcəyin barədə düşünməyə son verməyin ən yaxşı üsulu öz ölümünü gözünün qabağına gətirməkdir. Bundan qaçmaq mümkün deyil. Ona görə ürəyinin səsinə qulaq as.
 
  • Keyfiyyət göstəricisi olun. Bəzi insanlar böyük ustalıq tələb olunan işə sadəcə alışmayıblar.
 
  • Mən qəbiristanlıqda ən zəngin insan olmaq istəmirəm. Bu gün gözəl bir iş etdiyimizi düşün, tək gecələr yuxuya getmək istəyirəm.
 
  • Mən həm öz yaratdığımız, həm də başqalarının yaratdıqları ilə qürur duyuram. İnnovasiya –100 dəfə “yox” demək bacarığıdır.

  • Mən düşünürəm ki, əgər hər hansı bir iş görürsünüzsə və bu, sizdə yaxşı alınırsa, o zaman yeni bir işlə məşğul olmaq lazımdır.
 
  • “Apple” şirkətindən qovulmağım həyatımda baş vermiş ən yaxşı hadisədir. Mən müstəqil oldum və həyatımın ən yaradıcı dövrlərindən birini yaşadım.
 
  • Tarixdə iz qoymaq istəyirəm.
 
  • Mən əminəm ki, uğurlu ilə uğursuz iş adamı arasındakı əsas fərq  iradədədir.
 
  • 17 yaşım olanda oxuduğum fraza təxminən belə səslənirdi: “Hər gününü sanki sonuncu gün kimi yaşayırsansa, nə vaxtsa sən haqlı olacaqsan". Bu fraza mənim yaddaşıma həkk oldu. O vaxtdan ötən 33 il ərzində hər səhər mən güzgüdə özümə baxaraq danışıram: “Əgər bu gün həyatımın son günü olsa, ürəyimdən keçəni edərdimmi?" Cavablarım bir neçə gün müddətində mənfi olduqda, mən anlayırdım ki, nəyisə dəyişdirmək lazımdır.
 
 
Emil Hüseynov 



Baxış sayı: 1118

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024