12px13px15px17px
Tarix:17/04/14

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu məlumat sessiyaları keçirir

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu davam edir.
 
 
Fonddan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,  layihələri Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) E-qrant bölməsindən təqdim etmək mümkündür.
 
 
Qrant müsabiqəsi çərçivəsində Fondda mütəmadi olaraq layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyaları təşkil olunur.

Görüşlərdə Fondun əməkdaşları tərəfindən qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması ilə bağlı İKT sahəsində fəaliyyət göstərən sahibkarlara və İKT sahəsində layihələr həyata keçirmək istəyən vətəndaşlara müsabiqə qaydaları, habelə layihə təqdim etmək üçün tələb olunan müvafiq sənədlər barədə geniş məlumat verilir.

Qrant müsabiqəsi ilə bağlı məlumat sessiyalarda iştirak etmək istəyən sahibkarlar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (Bakı ş. İnşaatçılar prospekti 2, Azərbaycan) bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək gələ bilərlər.
 
 
Qeyd edək ki, innovativ və tətbiqi elmi-texniki İKT layihələrinin qəbulu 2 may 2014-cü il tarixədək davam edəcək.
 
Aynur Vəliyeva
 
 
 
 
 



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024