12px13px15px17px
Tarix:18/04/14

Azərbaycanlı alim geostasionar peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini ilə bağlı həll yollarını araşdırıb

Azərbaycanlı alim geostasionar peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini ilə bağlı həll yollarını araşdırıb. Alim Yerin məsafədən  zondlama problemlərinin həlli  üçün Günəşin və Peykin mövqeyindən asılı olaraq  Okean  və ya dəniz  üzərində Günəş parıltılarının əhatə etdiyi bölgənin  yerinin (coğrafi koordinatlarının), formasının, ölçülərinin və bu bölgə içərisində parıltıların parlaqlığının təyin olunması kimi ortaya çıxan vacib problemin həllini göstərib.
 
 AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov tərəfindən işlənmiş metod və peyk təsvirlərində  parıltıların deşifrlənməsinə onun  tətbiqi öz əksini tapıb. İnstitutdan bildirilib ki, burada iki parametrə:  Qrinviçə görə verilən zamana  və  geostasionar peykin koordinatına  (uzunluq dairəsi) görə  Günəş parıltısının yerinin coğrafi koordinatları 3 mərhələdə təyin edilir.
 
Belə ki, verilən zaman anı üçün Yer kürəsinin orbitdə yeri təyin olunur. Zamanın bu anı üçün Yer kürəsinin başlanğıc ana nəzərən mövqeyi, eləcə də Günəş, Yer və peykin qarşılıqlı vəziyyəti tapılır. İşığın səthdən əksi qanunundan əldə edilmiş tənlik həll edilərək “əks olma nöqtəsi”, yəni parıltının yeri (koordinatları) tapılır. 
 
 
Bu məsələlər müəllifin “Geostasionar Peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini” adlı yeni  kitabında qeyd edilib. Eyni zamanda sözügedən metodla hesablamaların nəticələrinin real peyk təsvirlərinə tətbiqi də kitabda geniş əksini tapıb. Kitabın sonunda Günəş parıltısının Yer kürəsi üzərində ilin müxtəlif aylarında günlük trayektoriyaları və müxtəlif saatlar üçün illik izlərinin xəritələri və beş günlük addımla saatbaşı parıltının  koordinatlarının (en dairəsi, uzunluq dairəsi) cədvəli verilib. Xəritə və cədvəldə verilən məlumat əsasında Avropanın METEOEAT 9&10 peyk təsvirlərində Günəş parıltıları deşifrlənə  bilər.
 
Bu təsvirlər http://oiswww.eumetsat.org/IPPS/html/MSG/IMAGERY/VIS006/BW/FULLDISC/
saytından sərbəst əldə edilə bilir.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024