12px13px15px17px
Tarix:18/04/14

AMEA-nın illik ümumi yığıncağı keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilir. Tədbirdən əvvəl AMEA üzvləri Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və nazirliklərin rəhbərlərinin iştirak etdiyi tədbir AMEA-nın əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə davam edib.

Qeyd edək ki, toplantıda rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov da iştirak edir.


İllik yığıncaqda ötən il əldə olunmuş nailiyyətlərə dair hesabat dinləniləcək, qarşıda duran vəzifələr, problemlər və gələcək işlərə nəzər salınacaq. Tədbirdə həmçinin bir neçə alimə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim ediləcək.





Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024