12px13px15px17px
Tarix:18/04/14

AMEA-nın elmi müəssisələrinin internet trafikə olan tələbatı 3 dəfə artıb

Azərbaycan Milli Elmlər Akademiyasınin (AMEA) elmi müəssisələrinin internet trafikə olan tələbatı təxminən 3 dəfə, yəni 75 Mb/san-dən 250 Mb/san-yə qədər artıb. Bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verib.
 
Qurulmaqda olan informasiya cəmiyyətinin inkişafından və elektron elmin formalaşması vəziyyətindən danışan R.Əliquliyev bildirib ki, 2013-cü il “İKT ili” ilə bağlı tədbirlər planında AMEA-nın da üzərinə müəyyən vəzifələr qoyulub, “Fəaliyyət planı” hazırlanıb və bu plan çərçivəsində kompleks tədbirlər həyata keçirilib.
 
Belə ki, “AzScienceNet”-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “AzScienceNet”-də 36 km-ə yaxın fiber-optik kabel çəkilib, institut və təşkilatların 88 faizinin fiber-optik xətlər vasitəsilə internetə qoşulması təmin edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024