12px13px15px17px
Tarix:19/04/14

Torpaqların qeydiyyatı üzrə texniki tapşırıq sistemi vasitəsilə “Elektron hökumət” portalı ilə onlayn əlaqə yaradılacaq

Avropa standartlarına uyğun olaraq hazırlanmış torpaqların qeydiyyatı üzrə texniki tapşırıq sistemi vasitəsilə gələcəkdə ölkəmizdə fəaliyyət göstərən “Elektron hökumət” portalı ilə onlayn əlaqə yaradılması nəzərdə tutulur ki, bu da vətəndaşların internet vasitəsilə sözügedən sistemə daxil olmaqla torpaq sahələri barədə tələb olunan torpaq kadastr məlumatlarını əldə etmək imkanına şərait yaradacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə“Tvinninq” layihəsi çərçivəsində “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” layihəsinin bağlanış mərasimində DTXK-nınsədri Qərib Məmmədov deyib.
 
Onun sözlərinə görə, sistemin bütün regionlara 2014-cü ilin iyul ayına qədər tətbiq olunacağı nəzərdə tutulub. Torpaqların qeydiyyatının aparılması üçün yaradılmış 10 moduldan ibarət olan sistemin artıq 6 modulu fəaliyyət göstərməkdədir. Digər modullar isə test rejimində yoxlandıqdan sonra fəaliyyət göstərəcək.
 
Komitə sədri həmçinin qeyd edib ki, “Tvinninq” layihəsi ilə paralel olaraq Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üçün müasir dövrün tələblərinə cavab verən server və şəbəkə avadanlıqları alınıb və quraşdırılıb. Eyni zamanda məlumatların dinamik idarə olunması, interaktiv elektron xəritələrin daima yenilənməsi üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin fiber-optik xətti vasitəsilə 10 Regional Torpaq Kadastr Mərkəzi ilə onlayn əlaqə qurulub, digərlərində isə işlər davam etdirilməkdədir.
 
CAHANGİR



Baxış sayı: 1207

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024