12px13px15px17px
Tarix:21/04/14

Gözdən əlillərə kitabları oxumağa imkan verən qurğu yaradılır

Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanlar Brayl şrifti (1824-cü ildə fransalı Lui Brayl tərəfindən yaradılıb və gözdən əlillərin yazması və oxuması üçün nəzərdə tutulub) ilə yazılmış mətni oxuya bilirlər. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayır.
 
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, Brayl şrifti nə qədər əlverişli olsa da, kitab, qəzet, jurnal və başqa çap nəşrlərinin əksəriyyəti bu formatda əlçatan deyil. MTİ-nin "Media Labs" tədqiqatçılar komandasının hazırladığı qurğu isə üzük kimi barmağa taxılır və çap mətnini danışığa çevirir.
 
Gözdən qüsurlu şəxs üzüyü şəhadət barmağına taxdıqdan sonra barmağını sətrə yaxınlaşdıraraq mətnin səslənməsinə qulaq asa bilər. Hazırda mətni oxuyan səs daha çox robot səsinə oxşayır. Bununla belə, sözügedən qurğu olduqca perspektivli hazırlanma hesab edilir.
 
Qeyd edək ki, Roy Şilkrot və Yohan Xuberin rəhbərliyi ilə işləyən alimlər komandası artıq səsli oxuma texnologiyasının təkmilləşdirilməsi üzərində çalışırlar. "FingerReader" adlanan cihaz 12 şriftlə yazılmış mətni "tanıya" bilir. Bunun üçün qurğuya kamera quraşdırılıb. Bundan başqa, daxili ötürücü  barmağın hərəkətini izləyir və oxucu barmağını sətirdən çox uzaqda saxladıqda səs siqnalı çalır.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024