12px13px15px17px
Tarix:21/04/14

İlk dəfə olaraq AMEA tərəfindən məktəblilər üçün İnformatika olimpiadası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə  olimpiada keçirilib.
 
Olimpiada Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinifləri arasında təşkil olunub. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiada suallarının hazırlanmasını institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov elmi müəssisənin pedaqoji təcrübəsi olan alimlərinə həvalə edib.
 
 İnstitutdan qeyd edilib ki, bu cür olimpiadalar ənənəvi olaraq hər il Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Bu il isə ilk dəfə olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın institutları tərəfindən təşkil olunur.
 
 Olimpiadanın qalibləri I, II, III dərəcəli diplom və qiymətli mükafatlarla təltif olunacaqlar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024