12px13px15px17px
Tarix:21/04/14

İsveçdə əlin içi vasitəsilə alış-veriş edə biləcəklər

İsveçdə alıcının əlinin içindəki venaların skan edilməsinin köməyi ilə kontaktsız ödəniş sistemi sınaqdan keçiriləcək.

“ICTnews” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, 1000-dən çox isveçli alıcı onların əlinin içindəki venaların konfiqurasiyasını oxuyan yeni texnologiyanın köməyilə ödənişlərin həyata keçirilməsinə razıdırlar. Venaların skan edilməsi üçün qurğular 15 mağaza və restoranda quraşdırılıb.

Hər bir insanda əlinin içində venaların təsviri unikaldır. Ona görə istehsalçılar əmin edir ki, yeni ödəniş sistemi ilə əlaqədar fırıldaqçıların heç bir şansı yoxdur. "Artıq hesabı ödəmək üçün alıcı öz əlindən istifadə edəcək. Beləliklə, fırıldaqçılıq qeyri-mümkün olacaq" –  istehsalçı Frederik Leyfland yeni sistemində qoruyucu mexanizmin mükəmməlliyindən danışır. Onun sözlərinə görə, yeni sistemi patentləmək və bütün dünyada onun tətbiqini genişləndirmək planlaşdırılır.

Emil Hüseynov
 
 



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024