12px13px15px17px
Tarix:21/04/14

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi kapital bazarları informasiya sistemlərinin yaradılması və tətbiqi üzrə tender elan edib

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  kapital bazarları informasiya sistemlərinin yaradılması və tətbiqi üzrə tender elan edib.
Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tender Dünya Bankının “Kapital bazarlarının modernizasiyası” layihəsi çərçivəsində keçirilir.
 
İnformasiya sistemi 4 hissədən ibarət olmalıdır: Bakı Fond Birjası üçün ticarət platforması,  Milli depozitar mərkəz (MDM) üçün klirinq və hesablaşma sistemi, MDM üçün depozitari üçün informasiya sistemi və  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Fond Birjası üçün bazara nəzarət sistemi.
 
Tenderdə iştirak etmək istəyən iddiaçılar ən azı İT biznes sahəsində 7 illik iş təcrübəsinə, kapital bazarları informasiya sistemləri ilə 5 illik iş təcrübəsinə malik olmalıdırlar, şirkətin son beş ildə illik dövriyyəsi ən azı 3,5 milyon dollar təşkil etməlidir, o cümlədən ən azı 1,65 milyon dollar həcmində aktivlərə, kredit xətlərinə və digər maliyyə vəsaitlərinə çıxışı olmalıdır. Məsləhətçilərin təklifləri bu il iyun ayının 17-dək keçiriləcək.
 
Tender iki mərhələdən ibarətdir, birinci mərhələdə şirkətlərin texniki təklifləri, ikinci mərhələdə isə texniki spesifikasiyası və maliyyə təklifləri  qiymətləndiriləcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024