12px13px15px17px
Tarix:22/04/14

“Bitcoin” virtual valyutasının oğurlanması cəhdlərinin sayı kəskin artıb

“Bitcoin” virtual valyutasının oğurlanmasına yönələn haker hücumlarının sayı 2013-cü ildə 2,5 dəfə artaraq 8,3 milyon insident təşkil edib. Bu barədə “Kasperski Laboratoriyası” şirkəti tərəfindən aparılan tədqiqatda deyilir.


“Bitcoin” kriptovalyutası internetdə anonim ödənişlər üçün yaradılıb və son illər xeyli populyarlaşıb. Valyutanın məzənnəsi 2013-cü ilin əvvəlində 13,6 dollar səviyyəsində olub, dekabrda isə 1200 həddini ötüb və bu da cinayətkarların diqqətini cəlb etməyə bilməzdi”, - şirkət nümayəndələri bildirib.

Ekspertlərin sözlərinə görə, valyuta sahibi pulunu diskdə şifrlənməmiş şəkildə saxlasa, hesabdan oğurluq üçün bir faylın surətini çıxarmaq kifayət edir”, - “Kasperski Laboratoriyası”nın antivirus eksperti Sergey Lojkin vurğulayıb.  
“2013-cü ilin sonuna “Bitcoin”ə yönəlmiş proqram təminatı ilə hücuma məruz qalmış istifadəçilərin sayı bank kibertəhdidlərinin göstəricilərinə yaxınlaşmağa başlayıb. Kriptovalyuta sahibləri çox ehtiyatlı olmalıdırlar, çünki oğurluq baş versə, onların vəsaitlərini qaytarmaq praktiki olaraq qeyri-mümkün olacaq, belə ki, “Bitcoin” hökumət tərəfindən tənzimlənmədən fəaliyyət göstərir.

“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar, sadəcə, anonim şəklində olur, - “İTAR-TASS www.itar-tass.com” yazır.  
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024