12px13px15px17px
Tarix:23/04/14

2 ayda “WhatsApp” istifadəçilərinin sayı 50 milyon artıb

“WhatsApp” messenceri istifadəçilərinin sayı 500 milyona çatıb. Bu haqda tətbiqin rəsmi saytında məlumat paylaşılıb. Braziliya, Hindistan, Meksika və Rusiyada daha sürətli artım qeydə alınıb.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “WhatsApp” “Facebook” şirkəti tərəfindən satın alındıqdan sonra sosial şəbəkənin direktoru Mark Zukerberq məlumat verib ki, “WhatsApp” messencerinin təxminən 450 milyon istifadəçisi var və gündəlik təxminən 1 milyon istifadəçi qeydiyyatdan keçir. Xatırladaq ki, “Facebook” və “WhatsApp” arasında sazişin dəyəri nağd şəkildə 16 milyard dollar və səhmlərlə 3 milyard dollar təşkil edib.
 
Həmçinin məlumdur ki, messencerin istifadəçiləri gündəlik təxminən 700 milyon foto və 100 milyon videoçarx göndərirlər.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024