12px13px15px17px
Tarix:23/04/14

“Google” patent mübahisəsində Cənubi Koreya şirkətini dəstəkləyəcək

“Samsung” və “Apple” şirkətləri arasında məhkəmə dinləmələri çərçivəsində hakimə yeni materiallar təqdim olunub. Həmin sənədlərdən məlum olub ki, “Google” şirkəti tərəfdaşa – Cənubi Koreyanın “Samsung” şirkətinə məhkəmədə məğlub olacağı təqdirdə maliyyə dəstəyi göstərəcəyinə razılıq verib. Buna sübut kimi “Apple” şirkəti Cənubi Koreya istehsalçısı və axtarış sisteminin nümayəndələri arasında aparılan yazışmaların təsvir olunduğu videonu nümayiş etdirib.  

Yazışmalarda qeyd olunub ki, “Google” top-menecerləri məhkəmə xərclərinin bir qisminin ödənilməsini öz üzərilərinə götürməyə razıdırlar. Bildirilir ki, bununla “Samsung” özünün haqsız olduğunu və başqasının texnologiyasından istifadə etmə faktını dolayısı ilə etiraf etmiş olub ki, bu da “Apple”ın patent hüququnun pozulması deməkdir.

“Samsung” və “Google” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, “Apple” rəqibini beş patentin pozulmasında günahkar bilir və buna görə 2 milyard dollar məbləğində kompensasiya tələb edir. “Samsung” hüquqşünasları bununla razılaşmır və ödənişin məbləğini on dəfə azaltmağı təklif edirlər, - "Onliner www.onliner.by” yazır.
 
 



Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024