12px13px15px17px
Tarix:24/04/14

Nazir Çin səfiri ilə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyui ilə görüşüb.
 
Görüşdə ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayan nazir Əli Abbasov Azərbaycanda aparılan çoxşaxəli islahatlardan, İKT sahəsində əldə edilən müvəffəqiyyətlər, yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsinə yönələn genişmiqyaslı tədbirlərdən söz açıb. Ölkədə innovativ, iqtisadi inkişaf modelinə diqqətin artırıldığını, xarici investisiyaların cəlbi üçün geniş imkanların, əlverişli biznes mühitinin yaradıldığını deyən nazir Çinin İKT şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin genişləndirilməsindən danışıb.
 
 
Azərbaycanı Çinin etibarlı strateji tərəfdaşı adlandıran XunTsyui ölkəmizlə dost münasibətlərin və səmimi tərəfdaşlığın formalaşmasında maraqlı olduqlarını qeyd edərək, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu bildirib.
 
İqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları da yüksək qiymətləndirən diplomat ölkəmizin İKT sahəsində qazandığı nailiyyətləri yaxından izlədiyini deyib.
 
Cin şirkətlərinin bu sahədə ölkəmizə investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edən səfir xüsusən "Huawei", "ZTE" şirkətlərinin fəallığını artırdıqlarını bildirib. "Çin Telekom" (Chinatelecom) şirkətinin "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin əsas telekom operatorlarından biri olmasını təqdirəlayiq hal sayan səfir, həmçinin Azərbaycanın peyk sənayesinin inkişafına da töhfə vermək istədiklərini bildirərək, növbəti peyk layihələri üzrə elan edilən tender layihələrində Çin şirkətlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb.
 
 
Nazir də öz növbəsində bu münasibətlərin davamlı inkişafına maraq göstərildiyini vurğulayaraq, əməkdaşlıq aspektlərinin genişləndirilməsi istiqamətində səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024