12px13px15px17px
Tarix:24/04/14

“Microsoft” təqdim edir: “Yeni Hörümçək-adam: Yüksək gərginlik”

"Microsoft Azerbaijan" şirkəti çoxdan gözlənilən "Yeni Hörümçək-adam: Yüksək gərginlik" "3D" formatında filmin premyerasının sponsoru qismində çıxış edəcək.

Bütün dünyada səbirsizliklə gözlənilən sözügedən filmin premyerası aprelin 24-də "28 Cinema" kinoteatrında baş tutacaq.

ABŞ istehsalı olan filmin rejissoru Mark Uebbdir. Filmdə Endryu Qarfild, Ceymi Foks, Emma Stoun, Salli Fild və Pol Camati çəkilib.

"Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin nümayişi təxminən iki həftə davam edəcək. Biletləri kinoteatrın kassalarından, kinoteatrın "www.28cinema.az" rəsmi veb-saytından əldə etmək  və ya (012) 499-89-88 və ya 119 nömrəsinə zəng vurmaqla sifariş etmək mümkündür.

Qeyd edək ki, "Microsoft" korporasiyası özünün əqli mülkiyyətini, həmçinin, istifadəçilərini təhlükə yaradan saxta məhsullardan qətiyyətlə qoruyur. Eyni zamanda, "Microsoft" Azərbaycan və bütün dünya üzrə kompüter piratlarına qarşı aktiv mübarizə aparır ki, korporasiya bu istiqamətdə artıq bir çox uğura nail olub.



Baxış sayı: 1200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024