12px13px15px17px
Tarix:25/04/14

“Microsoft” korporasiyası “Nokia”nın cihaz və servislər biznesinin alınması üzrə sövdələşməni başa çatdırıb

 
 “Microsoft” korporasiyası və “Nokia” şirkəti müştəriləri sevindirəcək və biznesin imkanlarını genişləndirəcək yeni cihaz və servislər ailəsini təqdim etmək üçün birləşirlər.
 
 “Microsoft” korporasiyası “Nokia” şirkətinin cihaz və servislər biznesinin alınmasına dair sövdələşmənin başa çatdığını elan edib. Sövdələşmə dünya üzrə “Nokia”nın səhmdarları və dövlət idarəçiliyi orqanları tərəfindən təsdiqlənib. Sövdələşmənin başa çatması bu iki təşkilatın bir komandada birləşməsində ilk addım kimi qeyd olunur.
 
“Bu gün biz “Nokia”nın cihaz və servislər biznesini öz ailəmizdə salamlayırıq. Onların bizə gətirəcəyi mobil imkanlar və aktivlər bizim transformasiyamızı daha da sürətləndirəcək. Bizim “öncə mobillik, öncə bulud” dünyamızda  tərəfdaşlarımızla birgə əvvəlki kimi diqqətimizi innovasiyaların çatdırılmasına cəmləyəcəyik”, - deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib.
 
Qeyd edək ki, “Nokia”nın keçmiş prezidenti və icraçı direktoru Stiven Elop bundan sonra “Lumia” smartfon və planşetlərinin, “Nokia” telefonlarının, “Xbox Hardware”, “Surface”, həmçinin, “Perceptive Pixel” (PPI) məhsul və aksesuarlarının daxil olduğu “Microsoft Devices Group”un yeni icraçı vitse-prezidenti olacaq. “Microsoft” sənaye sahəsində dünyanın 50 ölkəsində fəaliyyət göstərən və innovasiya cihazları, mobil telefon və servislərin geniş portfelini istehsal və inkişaf etdirən və realizə edən 1 430 obyektin böyük təcrübəyə malik işçi heyətini salamlayır. Müqavilə çərçivəsində “Microsoft” korporasiyası “Nokia” müştərilərinə aid mövcud məhsullar üzrə bütün zəmanətlərə riayət edəcək.
 
 
“Windows Phone” smartfonlar bazarında sürətli böyüyən ekosistemdi və onun mükafatlara layiq görülmüş cihazlar portfeli genişlənməkdə davam edir. “IDC”-nin hesabatına əsasən, 2013-cü ilin son rübündə “Windows Phone” öz mövqeyini 3 ən yaxşı əməliyyat sistemindən biri kimi möhkəmlətmişdir və 91% illik artımla aparıcı əməliyyat sistemləri arasında birinci olub. Bundan başqa, “Nokia” ilə birlikdə “Microsoft” korporasiyası illik gəliri 50 mlrd. ABŞ dolları təşkil edə biləcək mövcud mobil qurğular bazarını hədəf kimi götürüb və ilk mobil təcrübəsindən yararlanaraq yeni müştərilərinə servislər təqdim edəcək.
 
Bununla yanaşı, “Microsoft” korporasiyası yeni dəyərlər və imkanlar təchizatını davam etdirəcək və seçilmiş cihazlar yaratmaqda platforma, alətlər, proqramlar və servislər təminatını həyata keçirən bir sıra aparat tərəfdaşları, əməliyyatçılar, distribüterlər və satıcılar ilə sıx əməkdaşlıq şəraitində işləyəcək.
 
Ümumilikdə, aparat və proqram təminatının birlikdə işləmə prinsipinin dərinliyini başa düşməklə, korporasiya “Windows” məhsullarına olan tələbatı  inkişaf etdirmək niyyətindədir.
 



Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020