12px13px15px17px
Tarix:26/04/14

İnternetdə 1 dəqiqədə nə baş verir?

Biznes-analitikada ixtisaslaşan “Domo” şirkəti “İnformasiya heç vaxt yatmır” adlı infoqrafika tərtib edərək internetdə informasiya axını üzrə statistikanı açıqlayıb.

Statistikaya əsasən, internetdən bütün dünya ölkələrində 2,4 milyard insan istifadə edir, şəbəkədə həyat bir dəqiqə olsun belə dayanmır, adi insanın təxminən 80 işarə çap edə bildiyi müddət ərzində internet poçt serverləri 204 milyon məktub qəbul edir, “Facebook” sosial şəbəkəsində 2,46 milyon şərh,  “Twitter” mikrobloqlar servisində 277 min məlumat dərc edilir, “Google” axtarış sistemi 4 milyon axtarış sorğusunu emal edir.   

Bir dəqiqə ərzində “YouTube” istifadəçiləri 72 saat videomaterial yükləyir, nəhəng “Amazon” internet mağazası 83 min dollar dəyərində mal satır, “AppStore” əlavələr mağazasının kataloqundan 48 min əlavə yüklənir.

Nə vaxtsa ABŞ-da bir neçə yüz nəfər üçün kiçik şəbəkə olan internet hazırda nəhəng informasiya strukturuna çevrilib. Burada informasiyaya nəzarət etmək praktiki qeyri-mümkündür, - “Xaker” www.xakep.ru yazır.   



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024