12px13px15px17px
Tarix:26/04/14

Beynəlxalq elmi bazaların imkanlarından istifadə etmək üçün müqavilələr bağlanılmalıdır

Bu gün “Tomson”, “Springer”, “Elsevier” və digər beynəlxalq elmi bazalara Azərbaycan alimlərinin çıxışının təmin edilməsi zərurəti aktual olaraq qalır. AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin sözlərinə görə, Azərbaycan elminin beynəlxalq elm məkanına sürətli inteqrasiyası dünyanın nüfuzlu nəşr şirkətlərindən olan “Elsevier”, “Springer”, “Tomson” və başqaları ilə intensiv əməkdaşlıq tələb edir: “Həmin şirkətlərin imkanlarından istifadə etmək üçün müqavilələr bağlanılmalı, bu istiqamətdə məqsədli maliyyələşmənin həyata keçirilməsi məqsədəuyğun olardı”.
 
Akademik katib 2013-cü ildə Elmlər Akademiyasının elmi müəssisələrində 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi tədqiqat işinin araşdırıldığını deyir: “110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş  tətbiq olunub.
 
AMEA-nın elmi müəssisələrində 156 qrant, 48 patent alınmışdır ki, onun 5-i xarici patentdir. Alimlərimiz tərəfindən 604-dən artıq kitab, 7208-dən artıq məqalə və tezis, o cümlədən 2427-dən çox məqalə və tezis xaricdə çap etdirilib. Sevindirici haldır ki, impakt faktora malik jurnallarda dərc olunan məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötüb, onlara olunan istinadlar isə 3081-dən çox olub”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024