12px13px15px17px
Tarix:26/04/14

AMİ-də təhsildə həyata keçirilən innovasiyalara dair konfrans təşkil olunub

Azərbaycan Müəllimlər İnstitutunda təhsildə həyata keçirilən innovasiyalara həsr olunmuş “Təhsildə innovasiyalar” elmi-praktik konfransı keçirilib.
 
İnstitutdan verilən məlumata görə, konfransa qeydiyyat elektron qaydada aparılıb, Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən 50-dən çox müəllim və təhsil işçisi, gənc tədqiqatçı və valideynlər qatılıblar.
 
Konfransı giriş sözü ilə açan professor Ramiz Məmmədzadə
çıxışında Azərbaycan Müəllimlər İnstitutunda həyata keçirilən  müxtəlif layihələr, innovativ-öyrədici təlimlərdən danışıb:
 
 “İnstitutda 2006/2007-ci ildən təhsil sahəsində İslahat Proqramına uyğun olaraq “Təhsildə innovasiya kabineti” fəaliyyət göstərir. Əsasnaməyə uyğun olaraq kabinet təhsil sahəsində mövcud olan innovasiyaların üzə çıxarılması, bu problemlə bağlı materialların toplanması, innovasiya bankının (xarici və yerli təcrübə əsasında) yaradılması, təhlili, ümumiləşdirilməsi və pedaqoji kadrlar arasında yayılmasını təmin edir. Hər il onlarla pedaqoq kurikulum təlimindən keçir. Hətta IV kurslarda da artıq neçə ildir ki, kurikulum təlimləri aparılır və bu, məzunlarımızın işə qəbulunda reytinqini artırır. 2012-2014-cü illərdə institutun 100-dən artıq əməkdaşı “Elektron lövhə” və “Veb-2” texnologiyaları üzrə təlimlərdən keçib və öyrəndiklərini uğurla tətbiq edir. Zamanın çağırışına cavab olaraq inklüziv təhsil sahəsində də xeyli təcrübə qazanılıb”.
 
 
Sonra konfransda  “Zamanın çağırışı: innovasiyaların potensialı və təhsilin keyfiyyətinin artırılmasında rolu”, “İnnovasiyaların idarə edilməsi”, “Yeni Təlim Texnologiyaları: Kompüterdən  istifadə informasiya mədəniyyətinin formalaşdırılmasının başlıca amili kimi”,  “Təhsilin keyfiyyətinin yüksəldilməsində mentorluq sisteminin yaradılmasının rolu”, “Təhsil işçilərinin İKT-dən istifadəsi” və digər mövzularda maraqlı məruzələr edilib.
 
Sonda konfransın məruzəçilərinə diplomlar, iştirakçılarına isə sertifikatlar təqdim olunub.
 
CAHANGİR
 
 



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024