12px13px15px17px
Tarix:28/04/14

Noutbuklara tələbat azalır

“Digitimes Research” şirkətinin apardığı hesablamalara əsasən, 2014-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi 2013-cü ilin son rübü ilə müqayisədə 14,2 faiz azalıb. İllik hesablamada da azalma qeydə alınıb: ötən ilin birinci rübünə nisbətdə tədarük həcmi 5,5 faiz aşağı düşüb.  

Analitik şirkət portativ kompüterlərin satışı üzrə konkret rəqəmlər göstərməsə də, satış tempinin azalmasının ötən rüblərlə müqayisədə bir qədər zəifləməsini vurğulayır.

Bildirilir ki, 2014-cü ilin birinci rübünün yekunları üzrə "Hewlett-Packard”, “ASUS”, “Apple” və “Lenovo” şirkətləri illik hesablamada tədarükü artırıb. Sadalanan ilk üç şirkətin tədarük həcmini 10 faiz artırması xüsusilə vurğulanır.  

Eyni zamanda, "Acer”, “Samsung Electronics” və “Sony” şirkətləri satışın bazarın orta göstəricisindən yuxarı olan azalması ilə üzləşib. Analitiklər bunu əsasən “Acer”in biznes strukturunun yenidən qurulması, "Samsung” və “Sony”nin diqqəti başqa məhsullara yönəltməsi ilə izah edirlər, - "3DNews www.3dnews.ru” yazır.



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024