12px13px15px17px
Tarix:28/04/14

Növbəti nəsil “iPhone” havanın rütubətliyini, atmosfer təzyiqini və temperaturu ölçəcək

Növbəti nəsli i-qurğuları havanın rütubətliyini, atmosfer təzyiqini və temperaturu ölçəcək. "Apple" şirkətinin ABŞ Patent və Əmtəə Nişanları Bürosuna təqdim etdiyi iki patent ərizəsinə əsasən ətraf mühit haqqında informasiya toplayan ötürücülər haqda məlumat yayılıb.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, patentlərə əsasən, atmosfer ötürücüləri "iPhone", "iPad" və qol saatı kimi yığcam qurğulara quraşdırıla bilər. Patentlərdən birində "iPhone" smartfonuna istifadəçinin ətrafında baş verən vəziyyəti təhlil etməyə imkan verən ötürücü təsvir edilir.
 
"Apple" şirkətinin ətraf mühiti təhlil edən ötürücülərə marağı başa düşüləndir. Hazırda "Android" platforması ilə işləyən əksər qurğular bu cür ötürücülərlə təchiz edilir.
 
Emil Hüseynov
 



Baxış sayı: 732

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024