12px13px15px17px
Tarix:28/04/14

Britaniya İT mütəxəssislərinin 68 faizi işini tərk etmək istəyir

İqtisadi vəziyyətin yaxşılaşmasına baxmayaraq Böyük Britaniyada informasiya texnologiyaları (İT) sahəsində çalışanlar arasında işdən narazılıq cüzi azalıb. Ötən il stressə görə əməkdaşların 73 faizi iş yerini tərk etmək istəyirdisə, “Opinion Matters “ tərəfindən aparılan son sorğuda rəyi soruşulanların 68 faizi bu fikirdə olduğunu bildirib. İşdə problemlərə görə respondentlərin 36 faizi nəzərdə tutulan tədbirlərdə iştirak etməmək məcburiyyətində qalır, bir o qədər sayda ailəyə diqqət ayırmaq üçün vaxt çatışmazlığını qeyd edir.

Eyni səbəblərə görə rəyi soruşulanların 28 faizi mütəmadi şəkildə yuxusuzluqdan, 19 faizi stresslə bağlı müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bununla yanaşı, 15 faiz işdəki ağırlığın ümumi əhval-ruhiyyəyə mənfi təsir göstərməsini, daha 17 faiz işdə baş verən mübahisələr səbəbindən qohumlarla münasibətlərin korlanmasını və ya tam pozulmasını vurğulayıb. 24 faiz hesab edir ki, onlar bütün tanışları arasında hamıdan çox stressə məruz qalır.   

Stressin əsas səbəbi kimi rəyi soruşulanların yarıdan çoxu rəhbərliyin davranışını göstərib. Daha 24 faiz tapşırıqların yerinə yetirilməsi üçün büdcə və işçi çatışmazlığını bildirib. Bu, 2013-cü ildəki nəticədən bir qədər azdır və əmək bazarının vəziyyətinin dəyişməsini özündə əks etdirir, - "Computerworld www.osp.ru” yazır.
 
 



Baxış sayı: 309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020