12px13px15px17px
Tarix:28/04/14

Azərbaycan bankları daha pirat proqramlardan istifadə etməyəcəklər

"Microsoft-Azərbaycan" şirkəti lisenziyalı proqram təminatının tətbiqi sahəsində yerli maliyyə sektoru ilə əməkdaşlığını genişləndirir.
 
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən,  banklar mütəmadi olaraq proqram təminatlarını yeniləyirlər və "Microsoft"un bu sektorda daimi müştəri bazası formalaşmağa başlayıb.
 
"Biz hazırda banklara İT audit  və konsaltinq xidmətləri göstəririk. Bu xidmət vasitəsi ilə müştərilər onlar üçün daha münasib və səmərəli proqram təminatlarını seçirlər. Elə banklar var ki, biz onlara mövcud olan  İT bazanı təkmilləşdirməyə kömək edirik. Ölkədə piratçılıqla mübarizə siyasəti çərçivəsində Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsini öz üzərinə götürüb. Bu, çox vacibdir, çünki bu banklar vahid tranzaksiyalarda iştirak edirlər, onların kommersiya sirlərinin məxfiliyi təmin edilməlidir. Mərkəzi bankın tələblərinə əsasən vahid kommunikasiyalardan istifadə edən kommersiya bankları  öz sistemlərini beynəlxalq standartlara uyğun şəkildə qurmalıdırlar, bu beynəlxalq standartlar isə mütləq şəkildə lisenziyalı proqram təminatının istifadəsini nəzərdə tutur",- deyə o qeyd edib.
 
R. Hacıəlibəyovun sözlərinə əsasən, banklar ciddi təşkilatlardılar və lisenziyasız proqram təminatının istifadə edilməsi onların imicinə ziyan vura bilər, çünki artıq ölkədə lisenziyasız proqram təminatının istifadəsi  cinayətə bərabərləşdirilir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024