12px13px15px17px
Tarix:28/04/14

Azərbaycanda köhnə poçt kartları tədqiqat üçün toplanılır

“Poçt kartları ilə bağlı bəlkə də müasir gənclərin təsəvvürü yoxdur. Poçt kartları Rusiya, o cümlədən də Azərbaycanda inqilabdan əvvəl buraxılıb, hazırda da buraxılır. Amma kolleksiyaçılar köhnə poçt kartlarının toplanması ilə məşğuldurlar və bu məsələyə birbaşa tədqiqat nöqteyi-nəzərindən yanaşılır.
 
Zaman keçdikcə itib-dağılan maddi abidələrin yerinə qalanlar sikkələr, kağız pul, poçt markaları, zərflərdir. Bu baxımdan, poçt kartları çox maraqlı tarixi materialdır”.
 
Bu haqda “Rabitə dünyası”na məlumat verən Azərbaycan Filatelistlər İttifaqı (AFİ) Rəyasət Heyətinin sədr müavini, “Num.az” MMC-nin direktoru, respublikanın əməkdar mühəndisi  Rövşən Əhmədov  bildirib ki, bu gün AFİ-nin tərkibində digər kolleksiyaçılar da təmsil olunurlar:
 
 
“Cəmiyyət balaca olduğuna görə biz digər istiqamətlər üzrə kolleksiyaçıları da öz ətrafımıza toplamışıq ki, burada poçt kartlarını yığanlar – filakartistlər də var. Burada klassik istiqamət poçt kartlarının toplanmasıdır. Poçt kartı da poçt kartının dövriyyəsinin təminatı üçün istifadə olunan bir elementdir”.
 
 
R.Əhmədov filakartistlərin maraq dairəsindən də söz açıb: “Filakartistlər müəyyən bir mövzunun tədqiqi ilə məşğul olur və o mövzuda buraxılan kartları toplayırlar. Azərbaycan filakartistləri üçün çox önəmli istiqamət Bakının poçt kartlarıdır. Rusiya imperiyası zamanı - təxminən 1880-ci ildən 1917-ci ilə qədər Bakıya həsr olunmuş külli miqdarda poçt kartı buraxılıb. Tədqiqatlar göstərir ki, imperiyada yerli azlıqların da marağı nəzərə alınırdı. Fakt olaraq qeyd edim ki, “Qafqaz tipləri” mövzusunda minə qədər poçt kartı buraxılıb. Bu kartların hər birində Qafqazda yaşayan bütün xalqların nümayəndələrinin tipajları verilib. Köhnə kartların saxlanması və qorunmasına gəlincə, bunun üçün hazırda xüsusi paketlər, albomlar nəzərdə tutulur”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024