12px13px15px17px
Tarix:28/04/14

“Huawei” şirkəti “Ascend P7 mini” smartfonunu nümayiş etdirib

“Huawei” şirkəti 4,5 düymlük qHD təsvir ölçülü ekranla təchiz edilmiş “Ascend P7 mini” smartfonunu nümayiş etdirib.

Aparat 1,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 400” prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, 305 Adreno qrafikası ilə təchiz edilib,  “microSD” kartları üçün slot var.
“Ascend P7 mini” cihazı 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, NFC çipi, “Bluetooth”, “Wi-Fi” və “GPS/AGPS” modulları ilə təchiz edilib, akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir. “Android 4.3” mobil əməliyyat sistemi quraşdırılıb və aparat LTE şəbəkəsində işləyir.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qurğunun ölçüləri 131,2 × 65,3 × 7,8 mm, çəkisi 115 qr təşkil edir. Smartfon yaxın vaxtlarda satışa çıxarılacaq.

Xatırladaq ki, mayın 7-də “Huawei” şirkəti “Ascend P7” smartfonunun böyük modelini nümayiş etdirəcək. Qurğu 1.8 QHs takt tezlikli dördnüvəli “HiSilicon Kirin 910T” prosessoru, 5 düymlük Full HD ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, microSD slotu ilə təchiz olunacaq. Smartfonun 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameraları var. Korpusun qalınlığı 7 mm, akkumulyator batareyasının tutumu 2500
milliamper/saat təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024