12px13px15px17px
Tarix:29/04/14

“Smart Class” layihəsinin açılış mərasimi keçiriləcək

Azərbaycanda gənclərin müasir texniki avadanlıqlardan istifadəsi, informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, informasiya mərhələsinə inteqrasiyası və dünyagörüşlərinin daha da artırılması məqsədi ilə yaradılmış “Ağıllı Sinif” (“Smart Class”) layihəsinin bu gün açılış mərasimi keçiriləcək.
 
Sözügedən layihə Gənclər və İdman Nazirliyi (GİN), “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Cənubi Koreyanın “SK Telecom” şirkəti və Sungshin Universitetinin birgə işidir. GİN-dən bildirilib ki, “Ağıllı Sinif”  layihəsinin fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, dərs vəsaiti kimi “Microsoft” əsaslı proqramlardan istifadə, şagirdlərin interaktiv tədris prosesinə marağı və cəlb edilməsi, texniki dəstək və zəmanət, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həlli, müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat etmə imkanı verir:
 
 “Smart Class” layihəsinin icrası zamanı DTGB İB-nin layihəsi olan və  Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşən  “Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi”nin böyük konfrans zalı əsaslı təmir edilib.  Avadanlıqlardan rahat istifadə olunması üçün xüsusi qurğular yaradılıb. Bu layihə çərçivəsində istifadə olunacaq avadanlıqlar Cənubi Koreyanın “SK Telecom” şirkəti tərəfindən təmin edilib”.
 
Belə ki, zal tələbələrin istifadəsi üçün 25 ədəd “Asus” tipli planşetlərlə təchiz olunub. Bu planşetlərin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, “Microsoft” əsaslı proqramlarla təmin olunub və əlavə klaviaturaya malik olması istənilən zaman bu planşetlərdən noutbuk kimi də istifadə etməyə də şərait yaradır. Bundan əlavə, layihə çərçivəsində Gənclər Evinə xüsusi tipli İKT qurğuları, noutbuklar və proyektor gətirilib. U-board qurğusu vasitəsi ilə, planşetlər, noutbuk, proyektor və lövhə arasında interaktiv əlaqələr yaradılıb. “Smart Class” layihəsi zamanı tədris olunacaq dərs kontenti Sungshin Universitetinin professorlar heyəti tərəfindən Azərbaycandakı gənclər arasında aparılan araşdırmalar nəticəsində əldə edilmiş biliklər əsasında hazırlanıb və əsas istiqamət kimi, İKT sahəsində gənclərə ümumi biliklərin ötürülməsi, mobil cihazların idarə olunması, lokal şəbəkələrin yaradılması, ingilis dili və Koreya dili kimi müəyyən edilib. “Smart Class” layihəsinin bir başqa böyük əhəmiyyəti ondan ibarətdir ki, Gənclər Evi və “Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyi tərəfindən həyata keçirilən  “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi zamanı “Smart Class” layihəsinin imkanlarından istifadə edərək, təlimdən artıq təhsilə keçidin əsasını qoyub, həm paytaxtda, həm də regionlarda olan gənclərə hər iki layihə daxilində tədris olunan dərsləri daha rahat və aydın şəkildə çatdırıb onlara özlərini inkişaf etdirməyə şərait yaradacaq.
 
“Smart Class” layihəsi çərçivəsində hər sinifdə 25 nəfərin iştirakı üçün bütün lazımi şərait yaradılıb. Əsas hədəf kütləsi kimi isə İKT sektorunda yetişən gənclər və xarici dilə marağı olub onu interaktiv metodlarla öyrənmək istəyən gənclər kimi müəyyən edilib:
 
“Layihə ölkə prezidentinin gənclər və İKT sektorunun inkişafına dair imzaladığı sərəncama əsasən həyata keçirilir. Bu tipli layihə  gənclər sektorunda ilk dəfə olaraq  baş tutur və pilot layihə kimi öz fəaliyyətinə başlayacaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020