12px13px15px17px
Tarix:29/04/14

Bakıda “Elektron sertifikatlar və əlaqələr informasiya sistemləri” mövzusunda beynəlxalq seminar keçirilib

Bu gün Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) tərəfindən "Elektron sertifikatlar və əlaqələr informasiya sistemləri" üzrə beynəlxalq seminar işə başlayıb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə 17 ölkədən 22 nümayəndə iştirak edir.
Seminar bitki mühafizəsi və karantini sahəsində ənənəvi münasibətlərin daha da inkişaf etdirilməsi, təşkilatın üzv ölkələri arasında elmi-texniki və informasiya mübadiləsinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Beynəlxalq tədbir aprelin 30-da başa çatacaq.


Qeyd edək ki, Azərbaycan EPPO-nun üzv ölkələri ilə sıx əməkdaşlıq edir, təşkilatın texniki dəstəyi ilə son illər fitosanitar xidmətin informasiya bazası yaradılıb, bir sıra normativ-hüquqi aktlar hazırlanıb, milli mütəxəssislərin beynəlxalq tədbirlərdə iştirakı təşkil edilib.


CAHANGİR



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024