12px13px15px17px
Tarix:30/04/14

ABŞ ali məktəbinin tələbələri “Bitcoin” valyutasından istifadəyə başlayır

Massaçusets Texnoloji İnstitutunun (MTİ) iki tələbəsi ali məktəbin yataqxanalarında nağdsız ödənişlər layihəsinin həyata keçirilməsi üçün yarım milyon dollar investisiya alıb. Layihənin birinci mərhələsində hər tələbəyə 100 dollar dəyərində “Bitcoin” virtual valyutasının verilməsi nəzərdə tutulur. Bu, ilk vaxtlarda xırda xərclər üçün kifayət edəcək.
 
MTİ-nin layihəsi əhaliyə iqtisadi artımın təşviqi üçün pulların verilməsini nəzərdə tutan iqtisadiyyatın stimullaşdırılması üzrə digər layihələrə oxşar yaradılıb. Nəzəri baxımdan hər bir vətəndaş əlavə pul alsa, onları alış-verişə sərf edəcək ki, bu da avtomatik olaraq ölkədə əlavə ÜDM-ni generasiya etməklə iqtisadi artıma şərait yaradacaq. Belə strategiya adətən “maliyyə stimullaşdırılması” və ya “vertolyotdan pul səpələmək” adlandırılır, lakin MTİ tələbələri ondan elmi məqsədlər üçün istifadə etmək niyyətindədirlər. Onların məqsədi ali məktəb hüdudlarından kənarda iqtisadiyyatı stimullaşdırmaqla yanaşı, həm də hazırda birinci kursda təhsil alan 4528 tələbəyə müasir texnologiyalara yiyələnmədə yardımçı olmaqdır. Məhz yarım milyon dollar dəyərində qrant hər tələbəyə 100 dollar məbləğində “Bitcoin” valyutasını paylamağa imkan verir.
 
“Tələbələrə kriptovalyuta vermək onlara internetin təşəkkül tapdığı ilk dövrlərdə ona çıxışı təmin etməklə eynilik təşkil edir. Payızda “Bitcoin”lərin verilməsi real şəkildə baş verəndə, MTİ real vaxt rejimində kriptovalyuta ilə daimi alış-veriş edən dünyanın ilk internet meydançası olacaq”, - ali məktəb tələbəsi və “ MIT Bitcoin Club” layihəsinin müəllifi Ceremi Rubin deyib.
 
Təşkilatçılar tələbələrin “Bitcoin”ləri necə xərcləyəcəkləri barədə anlayışlarının olmamasını bildirsələr də, aksiyanın rəqəmli kriptovalyuta üçün həyat qabiliyyətli ekosistem yaratmağa kömək edəcəyinə ümidvar olduqlarını qeyd edirlər, - "Xaker www.xakep.ru” yazır. 



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024