12px13px15px17px
Tarix:30/04/14

İspan polisləri “Google Glass” eynəklərindən istifadə edəcək

İspaniya hökumətindən bildirilib ki, polis patrullarını “Google Glass” artırılmış reallıq eynəyi ilə təchiz etmək imkanı araşdırılır. Hesab edilir ki, bu, qanun keşikçilərinin iş səmərəliliyini xeyli yüksəldəcək.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, polis idarəsinin rəisi İqnasio Kosido cihazın xarakteristikası ilə maraqlanıb, patrul və əməliyyat işlərində onların tətbiqini araşdırmaq əmri verib.
 
Məlum olub ki, eynək polislər üçün faydalı ola bilər. Cihaz daima küçə videokameralarından əldə olunan təsvirləri, əməkdaşların hərəkətini izləməyə, “Street View” proqramlarından istifadəyə, lazım gəldikdə sürətli fotoşəkillər çəkməyə, qanun pozuntularının başvermə vaxtını qeydə almaq, başqa patrullarla məlumat mübadiləsi etmək və polis məlumat bazasına daimi çıxışa malik olmaq kimi imkanlar yaradır.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024