12px13px15px17px
Tarix:30/04/14

Oğuzda gənclər İKT üzrə maarifləndirilib

Oğuz rayonunda  Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərə İKT biliklərinin aşılanması” layihəsi  həyata keçirilib. Fonddan verilən məlumata görə, layihənin məqsədi Oğuz rayonunda yerləşən 2 orta təhsil müəssisələrindən olan 14-17 yaş arası gənclərin İKT sahəsində bilik, bacarıq və qabiliyyətlərinin artırılması olub:
 
 Layihənin icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş 2 orta məktəbdən olan 14-17 yaş arası gənclərdən ibarət qruplar formalaşdırılıb, onlara İKT vasitələri və onların yaranmasının qısa tarixi, İKT Azərbaycanda, mövcud vəziyyət və perspektivlər, İKT-“elektron hökumət”, sayt, bloq və “Twitter”, İKT-elektron poçt və ondan istifadə, İKT-elektron axtarış maşınları, İKT və gələcək karyera imkanları, İKT və biznes, İKT və təhsil və digər mövzularda geniş məlumatlar verilib.
 
Layihə nəticəsində 90 nəfər gənc təlimlər vasitəsilə məlumatlandırılıb.
 
CAHANGİR
 



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024