12px13px15px17px
Tarix:30/04/14

Bütün mobil viruslar “Android” platforması üçün yaradılıb

Finlandiyanın “F-Secure” antivirus şirkətinin əməkdaşları mobil virus təhdidləri haqqında yeni hesabat dərc ediblər. Ekspertlər təsdiq ediblər ki, “Android” smartfon və planşetlər üçün ən təhlükəli əməliyyat sistemi olaraq qalır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin ilk üç ayının nəticəsinə görə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislər 277 adda mobil virus hesaba alıblar ki, onların arasında 275 zərərli proqram təminatı “Android” platforması üçün nəzərdə tutulub.
 
Mobil təhdidlərin ən yüksək səviyyəsi Böyük Britaniyada qeydə alınıb, orada 10 min istifadəçiyə təxminən  15-20 bloklanmış zərərverici fayl düşür. ABŞ, Hindistan və Almaniyada bu göstərici 5-10 fayla bərabərdir. İlk üç ayın nəticəsinə görə ekspertlər Səudiyyə Ərəbistanı və Hollandiyada 10 cihaz sahibinə 2-5 təhdid bloklayıblar.
 
Emil Hüseynov
 



Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024