12px13px15px17px
Tarix:01/05/14

"Samsung Electronics”in birinci rübdə xalis gəliri 7 milyard dolları ötüb

Cənubi Koreyanın "Samsung Electronics” şirkətinin 2014-cü ilin birinci rübündə xalis gəliri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq 7,57 trilyon von (7 milyard dollardan çox) təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.

Hesabat dövründə istehsalçının mədaxili 1,5 faiz artaraq 53,68 trilyon von (52 milyard dollar) olub.  
Əməliyyat gəliri 3 faiz azalıb və 8,49 trilyon vona (8,2 milyard dollar) enib. Bu göstəricidə ardıcıl ikinci rübdür azalma qeydə alınır. Bununla yanaşı, şirkətin ümumi gəlirinin 60 faizini təşkil edən mobil biznesin əməliyyat gəliri 1,2 faiz – 6,43 trilyon vonadək (6,2 milyard dollar) azalıb.

“Bloomberg” agentliyinin məlumatına görə, "Samsung Electronics”in 2014-cü ilin birinci rübündə xalis gəliri 6,75 trilyon von səviyyəsində göstərici gözləyən analitiklərin proqnozlarından yüksək olub.

Qeyd edək ki, “Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısı olmaqla beynəlxalq şirkətdir. Mənzil-qərargahı paytaxt Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır, - “İTAR-TASS www.itar-tass.com” yazır.    



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024