12px13px15px17px
Tarix:01/05/14

Mobil telefon bazarında sürpriz yerdəyişmə

Smartfonlarla bağlı rüblük hesabatın ardınca “Strategy Analytics” mütəxəssisləri mobil telefon bazarında vəziyyət haqqında tədqiqat dərc ediblər. Analitiklərin qiymətləndirməsinə əsasən, 2014-cü ilin yanvar-martında  9% artaraq 408 milyona çatıb.
 
Analitiklər bildiriblər ki, qeydə alınmış artım 2011-ci ildən bəri ən yüksək nəticədir. Onlar hesab edir ki, Asiya, Afrika və başqa regionların bazarında 4G və 3G modellərə tələbatın çoxalması hesabına artım qeydə alınıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, dünyanın ən böyük mobil telefonistehsalçılarının reytinqində “Samsung” liderdir: Cənubi Koreya nəhəngi tədarüklərini 6% artırıb və 113 milyon telefon istehsal edib.
 
47 milyon qurğu tədarükü və 11.5% bazar payına sahib “Nokia” şirkəti siyahıda ikinci olub. Qeyd edək ki, bir il əvvəl bu göstəricilər müvafiq olaraq 61,9 milyon və 16,6% təşkil edib.
 
Finlandiya şirkəti “Android” modellər istehsal edən çoxsaylı istehsalçılar və “Apple” şirkəti tərəfindən sıxışdırılır.
 
Analitiklər ehtimal edir ki, ötən həftə “Nokia”nın telefon biznesini rəsmən özünə birləşdirən “Microsoft” korporasiyası vəziyyəti düzəltmək üçün “Android” ilə işləyən “Nokia X” smartfonlar xəttini genişləndirməyə çalışacaq.
 
Ötən rüb 43,7 milyon “iPhone” tədarük etmiş və 10.7% bazar payına sahib “Apple” şirkəti reytinqdə üçüncü yerdə qərarlaşıb.
 
Mütəxəssislər ilk beşlikdə yer almış “Huawei” şirkətininin rolunu xüsusi qeyd ediblər. Ekspertlər Çin şirkətini ötən rübün "ulduz"u adlandırıblar. Çünki,  bu şirkətin artım sürəti bazarla müqayisədə iki dəfə yüksək olub. Belə ki, yanvar-mart ərzində “Huawei” şirkəti 14,2 milyon telefon tədarük edib və bazar payı 3,5%-ə çatıb. Bir il bu göstəricilər müvafiq olaraq 11,6 milyon və 3,1% təşkil edib.
 
Emil Hüseynov



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024