12px13px15px17px
Tarix:01/05/14

İnkişaf etmiş ölkələr böyük həcmli məlumatlar texnologiyasından daha səmərəli istifadə edir

İnkişaf etmiş ölkələr böyük həcmli məlumatlar texnologiyasından inkişaf etməkdə olan və yoxsul ölkələrdən daha səmərəli istifadə edir. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) 13-cü illik "The Global Information Technology Report" hesabatında deyilir. Hesabatda qeyd olunur ki, böyük həcmli məlumatlar müasir dünyada yeni tip aktivə çevrilib və ondan düzgün istifadə iqtisadi rifahın yaxşılaşmasına gətirib çıxara bilər.

DİF ekspertləri bildirirlər ki, lakin ölkələrin hamısı bu aktivə bərabər çıxış imkanına malik deyil. Böyük həcmli məlumatlardan səmərəli istifadə üçün əsasən inkişaf etmiş ölkələrdə rast gəlinən texnoloji infrastruktur və sosial mühitə ehtiyac duyulur.   

DİF-in tədqiqatında 148 ölkə böyük həcmli məlumatlar daxil olmaqla müxtəlif informasiya texnologiyaları ilə işə hazırlıq səviyyəsini müəyyən etməyə imkan verən 54 kriteri üzrə qiymətləndirilib. Ekspertlər təhsil sistemi, internetlə məlumatlara çıxış kimi müxtəlif faktorları araşdırıblar.  

Reytinqin yüksək pillələrini ənənəvi olaraq Şimali Avropa ölkələri (Finlandiya, İsveç və Norveç ilk beşliyə daxil olub) və Asiya texnologiya bazarının liderləri (Sinqapur, Honkonq, Cənubi Koreya və Tayvan) tutub. Siyahını Cənubi Amerika, Cənubi Asiya və Afrika ölkələri tamamlayır.  

Hesabatda vurğulanır ki, inkişaf etmiş ölkələr daima infrastruktur və sosial mühitin inkişafına vəsaitlər yatırır, halbuki yoxsul ölkələrdə bu göstəricilər adətən eyni səviyyədə qalır. Lakin inkişaf etməkdə olan ölkələrdə optimizm üçün əsaslar müşahidə olunur. Belə ki, bu il Qazaxıstan, Gürcüstan, Panama, Qətər və Birləşmiş Ərəb Əmirlikləri göstəricilərini xeyli yaxşılaşdırmağa nail olub, - "CNews www.cnews.ru" yazır.   
 
 



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024