12px13px15px17px
Tarix:01/05/14

Azərbaycanda aparılan araşdırmalarda qabaqcıl texnologiyalardan geniş istifadə olunmaqdadır

Elmi bilik və yeniliklərin tədrisdə tətbiqi, eləcə də tədrisdə meydana çıxan problemlərin yenidən elm tərəfindən dəyərləndirilməsi müasir dövrün ən mühüm  prioritetlərindəndir.
 
Hal-hazırda Akademiyanın elmi-texniki bazası yenilənməkdə və burada aparılan araşdırmalarda dünyanın qabaqcıl texnologiyalarından geniş şəkildə istifadə olunmaqdadır.
 
Hesab edirik ki, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrdə Akademiyanın elmi laboratoriyalarının iş təcrübəsi və avadanlıqlarından istifadə bacarıqlarının formalaşdırılması nəzəri biliyin tədrisə daha əsaslı şəkildə ötürülməsinə imkan yarada bilər.
 
Bu barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verib. Akademik-katib qeyd edib ki, buna görə də elm və təhsilin inteqrasiyası ilə bağlı əməli addımların atılmasına ciddi ehtiyac var:
 
 “Gənclərin elmi fəaliyyətə cəlb edilməsi üçün AMEA institutları nəzdində aparıcı ali təhsil müəssisələrinin baza kafedraları, həmçinin magistratura yaradılmalıdır”.
 
Onun sözlərinə görə, AMEA-nın elmi müəssisələri respublika prezidenti tərəfindən təsdiq olunmuş 19 dövlət proqramının həyata keçirilməsində yaxından iştirak edir. Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılmış 55 elmi tədqiqat işi tətbiq olunmuş, ümumilikdə 48 patent alınıb ki, onlardan da 5-i xarici patentdir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024