12px13px15px17px
Tarix:02/05/14

“Snapchat” tətbiqində mətn mesajları və videozənglər əlçatan olub

Özü silinən fotomesaj mübadiləsi üçün messencerdə mətn çatı və videozəng funksiyaları işə salınıb.

“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, artıq “Snapchat” istifadəçiləri mesajlaşa, onlara şəkil və videoçarxlar  birləşdirə bilərlər. Mətn çatının pəncərəsində, həmçinin videozəng funksiyası əlçatandır.

Zəng yalnız o biri istifadəçi mesaj oxuduqda (mesaj göndərmə düyməsinin rəngi göy olur) edilə bilər. Zəng zamanı həmsöhbətlər videozəngi davam etdirmək üçün barmaqlarını daima smartfonun ekranında saxlamalıdırlar. Barmağı ekrandan çəkdikdə həmsöhbətin smartfonunda təsvir yoxa çıxacaq. Zəngdən sonra yazışma tarixçəsi silinir, amma vacib mesajları öncədən saxlamaq olar.

“Snapchat” 2011-ci ilin sentyabrında işə salınmış fotomessencerdir. “Snapchat” istifadəçiləri əvvəllər imzalı şəkillərlə mesajlaşırdılar. Fotomesajlar 10 saniyə ərzində avtomatik silinirdi. 2013-cü ilin sonunda “Snapchat”ın aktiv istifadəçilərinin sayı 30-40 milyon olub. Onlar gündəlik təxminən 350 milyon şəkil göndəriblər. Tətbiqin istifadəçilərinin 80%-i ABŞ ərazisində yaşayır. 2013-cü ilin noyabrında “Facebook” messenceri 3 milyard dollara satın almaq istəsə də, buna nail olmayıb.

Emil Hüseynov
 



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024