12px13px15px17px
Tarix:02/05/14

“Vine” tətbiqinin veb-versiyası yenilənib

"Vine" video tətbiqinin tərtibatçıları onun veb-versiyasını yeniləyiblər. Bu haqda tətbiqin rəsmi bloqunda yazılıb.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, saytın dizaynı tamamilə yenidən işlənib. Bundan əvvəl istifadəçilər yalnız tətbiq haqqında məlumat ala, öz profilinə və ya konkret istifadəçinin profilinə baxa bilərlər. Yenilənmədən sonra "Vine" tətbiqinin saytında kateqoriyalar, pleylistlər, məşhur vaynlar əlçatan olub. Onu da qeyd edək ki, saytda yerləşdirilmiş bütün çarxlar "maus"un kursorunu yaxınlaşdırdıqda göstərilir.
 
"Vine" 6 saniyəlik çarxlar çəkməyə icazə verən mobil tətbiqdir. 2013-cü ilin yanvarında işə salınıb. "Android", "iOS" və "Windows Phone" üçün versiyaları var.
 
Emil Hüseynov



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024