12px13px15px17px
Tarix:03/05/14

Stiven Balmer “Microsoft”un ən böyük səhm sahibi olub

ABŞ-ın "Microsoft" korporasiyasının keçmiş baş direktoru Stiven Balmer proqram təminatı istehsalçısının qiymətli kağızlarında ən böyük paya sahibdir. "Bloomberg" biznes xəbərləri agentliyinin məlumatına görə, korporasiya təsisçilərindən biri Bill Qeyts 4,6 milyon səhm satdıqdan sonra bu statusdan məhrum olub.   
"Microsoft"un baş direktoru vəzifəsini cari ilin fevralında tərk edən S.Balmerə hazırda 333,2 milyon, B.Qeytsə 330,1 milyon qiymətli kağız məxsusdur. 1986-cı ildən "Microsoft"un 3,4 milyard səhmini satan S.Balmerin ümumi kapitalı 18,9 milyard dollar dəyərində qiymətləndirilir.

Var-dövləti 79 milyard dolları ötən B.Qeyts də son 12 ildə korporasiyanın qiymətli kağızlarını aktiv şəkildə - hər rübdə təxminən 20 milyon satıb. Beləliklə, Q.Qeyts bunu etməkdə davam etsə, 2018-ci ilin ortalarına o, ümumiyyətlə "Microsoft"un səhmlərindən məhrum olacaq. Milyarderin rəsmi nümayəndələri bunun B.Qeytsin planlarına daxil olub-olmaması barədə məlumat vermirlər.
 
S.Balmer və B.Qeytsin payı "Microsoft"un səhmlərinin ümumi həcminin yalnız 4 faizini təşkil edir, - "İTAR-TASS www.itar-tass.com" yazır.



Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024