12px13px15px17px
Tarix:05/05/14

Şagirdlər arasında VII İnformatika Layihə Olimpiadası keçirilib

Ümumtəhsil məktəbləri şagirdləri arasında VII İLO (İnformatika Layihə Olimpiadası) final mərhələsi başa çatıb. Qafqaz Universitetində (QU) keçirilən tədbirin təşkilatçıları və sponsorlarına Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, "Nanoelektronics", "Estet company" daxildir.
 
QU-dan qeyd edilib ki, açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı, Türkiyənin Fatih Universitetinin rektoru prof. dr. Şerif Ali Tekalan, Turqut Ozal Universitetinin rektoru  prof. dr. Abdulkadir Şengün, Suleyman Şah Universitetinin  rektoru prof. dr. Hüseyn Ekiz də qatılıb. Olimpiada "Lazım olsa super bir veb-səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı, qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır" kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür!" devizi ilə keçirilib.
 
İLO respublikamızın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan meydana gəlib. Artıq bu il VII dəfə təşkil edilən məktəblərarası İnformatika Layihə Olimpiadasına Azərbaycanın müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak ediblər.
 
Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.
 
Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada daxil olan layihələrə gəlincə, qısa film kateqoriyası üzrə 14, animasiya kateqoriyası üzrə 9, veb- səhifə kateqoriyası üzrə 11, proqramçılıq kateqoriyası üzrə 7, "robotics" kateqoriyası üzrə 11 layihə təqdim edilib. Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən  çox cəlb edən Beynəlxalq Təhsil Mərkəzinin Türk  liseyinin şagirdlərinin hazırladığı  yanğın söndürmə maşını və Sumqayıt Təfəkkür liseyinin şagirdlərinin hazırladığı  işığın polyarlaşması və maşınqayırmada tətbiqi  layihəsi idi.
 
Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024